Post Image

Respublika çempionatının şahmat idman növü üzrə qalibi müəyyənləşib

Mayın 27-də “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında keçirilən məktəblər arasında respublika çempionatının proqramına daxil olan şahmat idman növü üzrə final mərhələsinə yekun vurulub.

Çempionatın proqramına uyğun olaraq, final mərhələsində zona yarışlarında I və II yeri tutan 12 məktəb komandası mübarizə aparıb.

Yarışların nəticəsi olaraq, I yeri Bakı şəhəri 60 nömrəli tam orta məktəbin, II yeri Bakı şəhəri 6 nömrəli məktəb-liseyin, III yeri isə Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəbinin komandası tutub.

Qeyd edək ki, müxtəlif idman növləri üzrə məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış əmrə əsasən keçirilir. 2018-ci ilin oktyabr ayından başlanılan şahmat idman növü üzrə yarışlarda 675 orta məktəb üzrə 17000-nə yaxın şagird iştirak iştirak edib.