Post Image

Milli Qəhrəman Tahir Həsənovun xatirəsinə həsr olunmuş taekvondo üzrə açıq turnir

21-22.09.2019-cu il tarixlərdə Milli Qəhrəman Tahir Həsənovun xatirəsinə həsr olunmuş taekvondo üzrə açıq turnir keçirilmişdir. 

Qeyd edək ki, 2002-2004, 2005-2007, 2008-2009, 2010-2011-ci il təvəllüdlü məktəblilər arasında keçirilən beynəlxalq yarışda Azərbaycan Taekvondo Federasiyasının üzvü olan, Bakı şəhəri və respublikanın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri və klublarından, eləcə də İran və Gürcüstandan ümumilikdə 360-dək idmançının mübarizə apardığı yarışda ilk pilləyə Təhsil-Sumqayıt komandası sahib oldu. İkinci pilliyə R.U.G.İ.M., üçünçü yerə İran komandası, dördüncü və beşinci yerlərə müvafiq olaraq “Fərasət” T.K., Tovuz komandası layiq görüldü.
Yarışda I,II,III yerləri tutmuş idmançılar, təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, kubok, medalla təltif olunmuşlar.