Post Image

MƏKTƏBLƏR ARASINDA RESPUBLIKA ÇEMPIONATININ ZONA MƏRHƏLƏSINƏ START VERILDI...

Belə ki, 05-06 dekabr 2018-ci il tarixində "Sərhədçi" İdman Olimpiya Mərkəzində I zona üzrə voleybol yarışları, 06-07 dekabr 2018-ci il tarixində isə Şəki Olimpiya İdman Kompleksində V zona üzrə basketbol yarışları keçirildi.


Yarışların açılış mərasimində tərəfdaş qrumların, idman içtimayyətinin nümayəndələri iştirak etdi. Açılış mərasimində çıxış edən natiqlər Məktəblər arasında respublika çempioanatının keçirilməsinin əhəmiyyətindən, belə yarışların şagirdlərin idman cəlb olunma prosesindəki rolu haqqında geniş məlumat verdilər. 


Açılış mərasimlərindən sonra oyunlara start verildi. Oyunlar gərgin mübarizə şəraitində keçdi.


I zona üzrə keçirilən voleybol yarışlarında I yeri Xətai rayonu 269 nömrəli tam orta məktəbin, II yeri Suraxanı rayonu 87 nömrəli tam orta məktəbin, III yeri Binəqədi rayonu 182 nömrəli tam orta məktəbin, IV yeri isə Xəzər rayonu 156 nömrəli tam orta məktəbin komandaları tutdular.


V zona üzrə keçirilən basketbol yarışlarında I yeri Şəki şəhər Kiş kənd 1 nömrəli tam orta məktəbin, II yeri Oğuz şəhər 3 nömrəli tam orta məktəb-liseyin, III yeri Qax şəhər 2 saylı məktəb-liseyin, IV yeri isə Zaqatala rayonu Suvagil kənd 2 saylı tam orta məktəbin komandaları tutdular.


Qaliblər tərəfdaş qrumların birgə imzaladığı diplomlarla təltif edildi.