Post Image

Məktəblər arasında respublika çempionatının keçirilmə əmrinin imzalanma mərasimi

26 sentyabr 2018-ci il tarixdə Milli Olimpiya Komitəsində Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının iştirakı ilə məktəblər arasında idman növləri üzrə respublika çempionatının keçirilməsi haqqında birgə əmr imzalanıb.

Əmrə əsasən, çempionatın əsasnaməsi və proqramı təsdiq edilib.

Birgə əmri təhsil naziri Ceyhun Bayramov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova imzalayıb.